Reklam resmi
Reklam resmi

Gənc qalmaq üçün milyonlar xərcləyən milyonçuya ağır diaqnoz qoyuldu

Gənc qalmaq üçün milyonlar xərcləyən milyonçuya ağır diaqnoz qoyuldu
Dünya

Bryan Johnson gəncliyini qorumaq məqsədilə hər il milyonlarla dollar xərcləməsinə baxmayaraq, ona sağalmaz xəstəlik diaqnozu qoyulduğunu açıqlayıb.

Ajans.az xəbər verir ki, Conson bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, qocalma prosesini ləngitmək üçün hər il təxminən 2 milyon dollar xərcləyən sahibkar uzun müddətdir davam edən dəmir çatışmazlığının səbəbini müəyyənləşdirmək məqsədilə geniş tibbi müayinədən keçib.

Müayinələrin nəticəsində həkimlər ona autoimmun atrofik qastrit diaqnozu qoyublar. Consonun sözlərinə görə, bu xəstəlik tam sağalmır və yalnız onun orqanizmə mənfi təsirlərini azaltmaq mümkündür. O bildirib ki, xəstəlik qida maddələrinin mənimsənilməsinin pozulmasına, anemiyaya və bəzi hallarda xərçəng riskinin artmasına səbəb ola bilər.

Sahibkar paylaşımında uşaqlıq və gənclik illərində qeyri-sağlam qidalandığını da etiraf edib.

"Uşaqlıqda şəkərli səhər yeməkləri yeyirdim, qazlı içkilər içirdim və fastfudla qidalanırdım. Daha sonra biznes qurduqdan və ailə həyatı qurduqdan sonra yaşadığım stress səbəbindən sağlamlığımı diqqətdən kənarda qoydum. Çəkim 18 kiloqram artdı və bir neçə il sonra xroniki depressiyaya düşdüm. Ehtimal edirəm ki, məhz həmin dövrdə autoimmun proses başlayaraq əvvəlcə qalxanabənzər vəzimi, daha sonra isə mədənin selikli qişasını zədələdi", – deyə Conson qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bryan Johnson ABŞ

Digər Xəbərlər