Reklam resmi
Reklam resmi

Dövlət qulluqçusu olmaq istəyənlərə ŞAD XƏBƏR

Dövlət qulluqçusu olmaq istəyənlərə ŞAD XƏBƏR
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.

“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat //epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Test imtahanında iştirak etmək üçün qeydiyyat 3 iyul saat 17:00-dan 23 iyul saat 18:00-dək aparılacaq.

Mövzular:
dövlət qulluqçusu dim imtahan

Digər Xəbərlər