Reklam resmi
Reklam resmi

Çamadanlardan yüzlərlə NADİR TISBAĞA ÇIXDI

Çamadanlardan yüzlərlə NADİR TISBAĞA ÇIXDI
Cəmiyyət

Rusiya Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 nadir Mərkəzi Asiya tısbağasının qaçaqmalçılığının qarşısını alıblar.

Ajans.az xəbər verir ki, bu barədə TASS Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb.

"Domodedovo hava limanında Mərkəzi Əməliyyat və Domodedovo gömrüklərinin əməkdaşları tərəfindən 476 nadir Orta Asiya tısbağasının qaçaqmalçılığının qarşısı alınıb. Rusiya vətəndaşı dəyəri 3 milyon rubldan (66,3 min manatdan çox) çox olan tısbağaları Tacikistandan qanunsuz yolla gətirməyə cəhd edib", - bəyanatda bildirilib.

Kişi iki qutu yüklə yaşıl dəhlizdə saxlanılıb. Onun sözlərinə görə, o, tısbağaları internet-mağazalar vasitəsilə satmağa hazırlaşırdı və bu partiya sınaq üçün idi.

İdarədən bildirilib ki, onun sürünənlər üçün icazə sənədləri olmayıb.

Tısbağalar müsadirə edildikdən sonra onlar Moskva zooparkının nadir heyvan növlərinin çoxaldılması mərkəzinə təhvil verilib.

Mərkəzi Asiya çöl tısbağası nəsli kəsilmək təhlükəsi altında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında konvensiya ilə qorunur.

Mövzular:
Tısbağa Gömrük

Digər Xəbərlər