Bu ölkədə MATƏM elan edildi
Venesuelada baş vermiş güclü zəlzələlərdə həlak olanların xatirəsinə ölkə üzrə yeddi günlük milli matəm elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə Prezidentin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes "X" sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, matəm iyulun 1-i yerli vaxtla saat 18:00-dan qüvvəyə minib. Rodriqes ölkənin təbii fəlakət qurbanlarının yasını saxladığını vurğulayaraq, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.
Mövzular: