Reklam resmi
Reklam resmi

Sosial şəbəkədəki vədə aldanan şəxs ZİYANA DÜŞDÜ

Sosial şəbəkədəki vədə aldanan şəxs ZİYANA DÜŞDÜ
Cəmiyyət

Sosial şəbəkədə yayılan yalan vədə inanan qadın 5 min manat ziyana düşüb.

Ajans.az xəbər verir ki, Lənkəran şəhər sakini Günel Məmmədova sosial şəbəkədə bank olmayan kredit təşkilatı tərəfindən aşağı faizlə kredit verilməsi ilə bağlı elanla qarşılaşıb. Kredit götürmək istəyən Günel Məmmədova TikTok sosial şəbəkəsində bu paylaşımı edən şəxslərlə WhatsApp vasitəsilə əlaqə saxlayıb.

Zərərçəkmişin həyat yoldaşının sözlərinə görə, özünü kredit təşkilatının əməkdaşı kimi təqdim edən şəxs kreditin rəsmiləşdirilməsi adı altında Günel Məmmədovadan şəxsiyyət vəsiqəsinin şəklini, həmçinin üzünün müxtəlif rakurslardan video görüntüsünü göndərməsini istəyib.

Tələb olunan məlumatları təqdim etdikdən sonra isə ona kredit əməliyyatının təsdiqlənməsinin zəruri olduğu bildirilib.

Mövzular:
kiber dələduz lənkəran sosial şəbəkə

Digər Xəbərlər