Bu ölkənin keçmiş birinci xanımı 7 il həbs cəzası aldı
Seul Mərkəzi Məhkəməsi Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Konq-hini korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə 7 il azadlıqdan məhrum edib.
Ajans.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, xüsusi prokuror Min Cun-kinin rəhbərlik etdiyi istintaq qrupu Kim Konq-hinin vəzifəsindən şəxsi maraqları naminə istifadə etdiyini, təyinatlar və işgüzar dəstək müqabilində bahalı hədiyyələr qəbul etdiyini iddia edib. Prokurorluq onun barəsində 7 il 6 ay həbs cəzası tələb etmişdi.
İstintaqın nəticələrinə əsasən, Kim Konq-hi avtomobil şirkətinin səhmlərinin manipulyasiyası nəticəsində təxminən 810 milyon von (təxminən 564 min ABŞ dolları) gəlir əldə etməkdə də təqsirli bilinib. Bundan əlavə, o, siyasi kampaniyaların maliyyələşdirilməsi qaydalarını pozmaqda ittiham olunub.
Xatırladaq ki, bundan əvvəl Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol da Şimali Koreya sərhədi yaxınlığında hərbi pilotsuz uçuş aparatlarının yerləşdirilməsi ilə bağlı ittihamlar üzrə məhkəmənin qərarı ilə 30 il azadlıqdan məhrum edilib.