Latviya dövlət müəssisələrində rus dilini QADAĞAN ETDİ
Latviyanın Mədəniyyət Nazirliyi tabeliyində olan dövlət qurumlarında və müəssisələrində rus dilindən istifadəyə məhdudiyyət tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə LSM xəbər portalı məlumat yayıb.
Məlumata görə, Mədəniyyət naziri Nauris Puntulis imzaladığı sərəncama əsasən, nazirliyə tabe olan bütün qurum və agentliklər dövlət dili ilə bağlı tələblərə ciddi riayət etməli və rəsmi fəaliyyət çərçivəsində rus dilindən istifadəni dayandırmalıdır.
Yeni qaydalar beynəlxalq tədbirlərin təşkili, reklam materialları, rəsmi internet səhifələri və dövlət qurumlarının fəaliyyətinə aid digər sahələri əhatə edir.
Qurumlara yeni tələbləri 30 iyul tarixinədək yerinə yetirmək tapşırılıb.
Bununla yanaşı, sərəncamda istisna hal da nəzərdə tutulub. Belə ki, əsərin orijinalı rus dilində yaradılıbsa, məhdudiyyət peşəkar bədii fəaliyyətə şamil olunmayacaq.
Mövzular: