Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik etdi
Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Ajans.az xəbər verir ki, səfirlik bu barədə "X" hesabında paylaşım edib:
"Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq".
Mövzular: