Reklam resmi
Reklam resmi

Rusiyanın keçmiş müdafiə naziri VƏFAT ETDİ

Rusiyanın keçmiş müdafiə naziri VƏFAT ETDİ
Dünya

Rusiyanın keçmiş müdafiə naziri, sabiq xüsusi nümayəndə və VTB Birləşmiş Liqasının prezidenti Sergey İvanov 73 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə VTB Birləşmiş Liqasının Telegram kanalı məlumat yayıb.

Məlumatda İvanovun vəfat etdiyi təsdiqlənsə də, ölüm səbəbi açıqlanmayıb.

Bəyanatda mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, Sergey İvanov müxtəlif illərdə Rusiyanın müdafiə naziri, prezidentin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb. O, həmçinin VTB Birləşmiş Liqasının prezidenti olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Sergey İvanov

Digər Xəbərlər