Reklam resmi
Reklam resmi

Bu ölkədə GÜCLÜ QASIRĞA: 100-dən çox reys LƏĞV EDİLDİ

Bu ölkədə GÜCLÜ QASIRĞA: 100-dən çox reys LƏĞV EDİLDİ
Dünya

Yeni Zelandiyada güclü qasırğa və fırtına səbəbindən 100-dən çox daxili və beynəlxalq aviareys ləğv edilib.

Ajans.az xəbər verir ki, bu barədə Radio New Zealand məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti ölkə üzrə nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Ən ağır vəziyyət Vellinqton bölgəsində qeydə alınıb. Burada güclü küləklər hava nəqliyyatının fəaliyyətini iflic edib, həmçinin Kuk boğazı üzərindən bərə reyslərinin dayandırılmasına səbəb olub.

Qasırğa Cənub adasında da ciddi fəsadlar törədib. Güclü qar yağacağı ilə bağlı xəbərdarlıq səbəbindən Lindis, Arturs və Lyuis dağ aşırımlarından keçən magistral yollar da daxil olmaqla bir sıra avtomobil yolları bağlanıb.

Milli Meteorologiya Xidmətinin (MetService) məlumatına görə, bəzi bölgələrdə küləyin sürəti saatda 120–137 kilometrə çatıb. Güclü külək nəticəsində ağaclar aşıb, yaşayış evlərinin damları zədələnib, elektrik xətləri qırılıb.

Elektrik paylayıcı şirkətlər bildiriblər ki, Vellinqton bölgəsində təxminən 3 min, Taranaki bölgəsində isə 6,3 mindən çox abonent elektriksiz qalıb.

Hakimiyyət orqanları sakinləri zəruri olmadığı halda səfərə çıxmamağa, yollarda ehtiyatlı olmağa və qırılmış elektrik xətlərindən uzaq durmağa çağırıblar.

Sinoptiklərin proqnozuna görə, günün sonunadək ölkənin bir sıra bölgələrində güclü külək, leysan yağışları və qar yağışı davam edəcək, daha sonra isə hava şəraiti tədricən sabitləşəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Milli Meteorologiya Xidməti Yeni Zelandiya

Digər Xəbərlər