Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
Yaponiyada güclü yağışlar və yaxınlaşan tayfunlar səbəbindən 13 prefekturada yaşayan 2,23 milyondan çox sakinin təxliyəsi ilə bağlı göstəriş verilib.
Ajans.az xəbər verir ki, bu barədə TBS News Milli Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin qərbində müşahidə olunan leysan yağışlara 7-ci tayfun və mövsümi yağış cəbhəsi səbəb olub. Kaqoşima prefekturasında üç nəfər xəsarət alıb, Fukuoka və Kaqoşimada isə azı 25 bina su altında qalıb.
NHK telekanalının məlumatına əsasən, Çuqoku bölgəsi və Kyuşunun şimalındakı bir sıra ərazilərdə torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 4-cü səviyyəli xəbərdarlıq elan edilib.
Yaponiya Meteorologiya Agentliyi bildirib ki, güclü yağışların davam etdiyi şəraitdə tayfunun Sakit okeandan ölkəyə yaxınlaşaraq yaxın 24 saat ərzində sahilə çıxacağı gözlənilir.
Bundan əlavə, meteoroloqlar Higos tayfunu ilə yanaşı, Mekhala tayfununun da təhlükə yaratdığını bildiriblər. Məlumata görə, Mekhala cümə günü Kaqoşima prefekturasının Amami bölgəsinə yaxınlaşacaq, daha sonra isə Kanto istiqamətində hərəkət edə bilər.