Rusiyalı keşiş Aİ bayrağını dünyanın sonu ilə ƏLAQƏLƏNDİRDİ
Rus Pravoslav Kilsəsinin keşişi Alvian Txelidze Avropa Birliyinin bayrağındakı simvolların Bibliyadakı peyğəmbərliklə əlaqəli olduğunu iddia edib.
Ajans.az xəbər verir ki, Avropa Birliyinin mavi fonda yerləşdirilmiş 12 qızıl ulduzdan ibarət bayrağı Yeni Əhdi-Cədidin son kitabı olan Vəhy (Apokalipsis) kitabındakı təsvirlərə istinad edir.
Keşiş Bibliyadan belə bir hissəni xatırladıb: “Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş, ayaqları altında ay olan və başında on iki ulduzdan ibarət tac daşıyan qadın”.
Alvian Txelidze bildirib ki, Avropa Birliyi bayrağının müəllifi Arsen Heitz bu simvolikanın yaradılması zamanı həm Vəhy kitabındakı təsvirlərdən, həm də Strasburqda yerləşən Məryəm Ana heykəlindən ilham aldığını etiraf edib.
Məlumata görə, Arsen Heitzin bayrağın dizaynında Apokalipsis motivlərindən ilhamlandığı barədə fikirləri 2004-cü ildə “The Economist” nəşrində də qeyd olunub.
Qeyd edək ki, Avropa Birliyinin bayrağı rəsmi olaraq birlik, harmoniya və həmrəylik ideyalarını simvolizə edir. Bayraqdakı 12 ulduz isə üzv dövlətlərin sayını deyil, ənənəvi olaraq bütövlük və kamillik anlayışını ifadə edir.