Reklam resmi
Reklam resmi

Qadın ərini başqa qadınla gördükdən sonra iki övladını ÖLDÜRDÜ

Qadın ərini başqa qadınla gördükdən sonra iki övladını ÖLDÜRDÜ
Dünya

ABŞ-nin Arizona ştatında ailəni sarsıdan dəhşətli faciə baş verib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı Andrea Klaris Deyvis həyat yoldaşını başqa bir qadınla gördükdən sonra barın qarşısında atəş açıb. Daha sonra evə qayıdan qadın iki övladını öldürüb və ardınca intihar edib.

Hadisə gecə yarısından az sonra Qlendeyl şəhərində yerləşən barlardan birinin qarşısında baş verib. Müstəntiqlərin bildirdiyinə görə, Andrea Deyvis həyat yoldaşı Nolan Deyvis və 36 yaşlı qadının olduğu məkana gələrək onlara atəş açıb.

Atışma zamanı qadın qaçmağa cəhd etsə də, güllə onun baş nahiyəsinə dəyib. Zərərçəkən sağ qalıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər.

Polisin məlumatına görə, Andrea Deyvis hadisədən sonra Feniksdəki evinə qayıdaraq ərinə uşaqlara zərər vermək niyyətində olduğunu bildirən SMS göndərib. Hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunur ki, mesajla birlikdə ağır yaralanan uşaqlardan birinin fotosu da göndərilib.

Məlumatı alan polis əməkdaşları dərhal ailənin evinə yollanıblar. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları Andrea Deyvisin, eləcə də onun 10 yaşlı oğlu Ostin və 18 aylıq qızı Andolanın meyitlərini aşkar ediblər.

Polis baş verənləri "dəhşətli ailə faciəsi" kimi qiymətləndirib və hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildirib.

Ailə dostlarından birinin yerli mediaya verdiyi məlumata görə, Andrea Deyvis son vaxtlar həyat yoldaşının ona iş yoldaşı ilə xəyanət etdiyindən şübhələnir və bu səbəbdən ciddi psixoloji gərginlik yaşayırmış.

Onun sözlərinə görə, qadın kömək axtarırdı və son dərəcə ağır emosional vəziyyətdə idi.

Hüquq-mühafizə orqanları qeyd ediblər ki, bundan əvvəl ailənin yaşadığı ünvana məişət zorakılığı ilə bağlı heç bir çağırış daxil olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Arizona ştatı

Digər Xəbərlər