Reklam resmi
Reklam resmi

Eyni vaxtda bir neçə işdə çalışa biləcəyik - Yeni mexanizm hazırlanır

Eyni vaxtda bir neçə işdə çalışa biləcəyik - Yeni mexanizm hazırlanır
Cəmiyyət

“Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün “Əmək Məcəlləsinə” ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədilə Nazirlər Kabinetinə təqdim olunub”.

Ajans.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

Saatlıq əmək haqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir?

Bu suala aydınlıq gətirən deputat qeyd edib ki, yeni mexanizmin tətbiq olunması, əməkhaqlarının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:

Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza lədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaş saatlar üzrə differensial olaraq bir deyil, bir neçə yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri- günlərində və saatlarından sonra çalışan vətəndaşların əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər”.

Parlamentarinin sözlərinə görə, artıq yeni bununla bağlı yeni mexanizm hazırlanır:

“Bütövlükdə bu, yeni və inkaf etm ölkələrdə tətbiq edilən bir mexanizmdir. Bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşların əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər. Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənlər həm də aylıq əməkhaqqı üçün minimum ödənlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. 

Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir”.

Mövzular:
Saatlıq əməkhaqqı Nazirlər Kabineti

Digər Xəbərlər