Ana səhifə / Dünya / Nigeriyada mina partladı, 9 nəfər həlak oldu Nigeriyada mina partladı, 9 nəfər həlak oldu Dünya 02-06-2025 - 12:59 “Boko Haram”ın yerləşdirdiyi mina partladıldı. Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram”ın yerləşdirdiyi minanın partlaması nəticəsində 9 nəfər həlak olub. Ajans.az xəbər verir ki, Borno Əyalət Məclisinin sədri Əbdülkərim Lovan avtobus dayanacağına basdırılan minanın partladığını bildirib. Lovan qeyd edib ki, partlayış nəticəsində 9 nəfər həlak olub, çoxlu sayda insan da yaralanıb.