Reklam resmi
Reklam resmi

Güclü şimal-qərb küləyi əsəcək - Sabahın havası 

Güclü şimal-qərb küləyi əsəcək - Sabahın havası 
Cəmiyyət

 İyulun 27-də gözlənilən hava şəraiti

Ajans.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Mövzular:
Milli Hidrometeorologiya Xidməti Sabahın havası Havanın temperaturu şimal-qərb küləyi

Digər Xəbərlər