Azərbaycanda külək enerjisi istehsalı 23 dəfəyə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 499,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Ajans.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 478,1 milyon kVt-saat və ya 22,9 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 256,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk altı ayındakı göstərici ilə müqayisədə 2,1 milyon kVt-saat və yaxud 0,8% azalma deməkdir.
Mövzular: