Reklam resmi
Reklam resmi

DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir  

DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir  
Cəmiyyət

Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsi üzrə 68 nömrəli (musiqi sənəti istiqaməti) proqram üzrə qabiliyyət imtahanı təşkil olunub.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqram üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kinoxoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat "Abituriyent" jurnalının 2026-cı il üçün nəşr olunmuş xüsusi buraxılışlarında yer alıb.

Mövzular:
Dövlət İmtahan Mərkəzi DİM təsviri sənət qabiliyyət imtahanı "Abituriyent" jurnalı teatr kino xoreoqrafiya

Digər Xəbərlər