Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı:YARALI VAR
Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ajans.az xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.
Mövzular: