Reklam resmi
Reklam resmi

 İran İsrailə kiberhücum edib 

 İran İsrailə kiberhücum edib 
Dünya

İsrailin Check Point kibertəhlükəsizlik şirkəti 2026-cı ilin əvvəlindən etibarən İsrail dövlət qurumlarını və İT şirkətlərini hədəfə alan “Cavern Manticore” adlı yeni haker qrupunun fəaliyyət göstərdiyini açıqlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, qrup uzaqdan idarəetmə və proqram yeniləmə vasitələrindən istifadə edərək şəbəkələrə gizli şəkildə daxil olmağa imkan verən mürəkkəb modul infrastrukturdan yararlanır. Hücumların əsas hədəfləri dövlət qurumları və informasiya texnologiyaları xidmətləri göstərən şirkətlər olub.

Check Point bildirib ki, Cavern Manticore-un istifadə etdiyi üsullar əvvəllər İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ilə əlaqələndirilən MuddyWater və Lyceum haker qruplarının metodlarına bənzəyir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran İsrail

Digər Xəbərlər