Reklam resmi
Reklam resmi

Bu ərazilərdə iki gün qaz olmayacaq

Bu ərazilərdə iki gün qaz olmayacaq
Cəmiyyət

Bərdə şəhəri və rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, bu barədə Tərtər Rayon Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 8-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə şəhərinin Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyov, Həzi Aslanov, Mirzə Ələkbər Sabir, Koroğlu, İsmayıl Qayıbov, Şərq, Nüşabə, A. Əhmədov, Natəvan və Gəncə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 9-da saat 08:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun bir hissəsinin də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Mövzular:
ərazilər qaz olmayacaq Tərtər

Digər Xəbərlər