Bu MTK yaşayış binasını SÖKÜR
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar.
Ajans.az xəbər verir ki, onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmadı. O bildirdi ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Mövzular: