Reklam resmi
Reklam resmi

Azərbaycanın qeyri-neft ixracı SÜRƏTLƏNİR

Azərbaycanın qeyri-neft ixracı SÜRƏTLƏNİR
İqtisadiyyat

2026-cı ilin mayında həm yeyinti, həm də qeyri-yeyinti məhsullarının ixracı ötən ilin eyni ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Ajans.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda yer alan məlumata görə, 2026-cı ilin may ayında yeyinti məhsullarının ixracı artıb. 

Ötən ilin eyni ayı ilə müqayisədə yeyinti məhsullarının ixracı 23,8 faiz artaraq 116 900 000 ABŞ dollarından 144 600 000 ABŞ dollarına yüksəlib. 

Hesabata əsasən, qeyri-yeyinti məhsullarının ixracında isə daha yüksək artım qeydə alınıb. Belə ki, bu kateqoriya üzrə ixrac 30,7 faiz artaraq 220 000 000 ABŞ dollarından 288 500 000 ABŞ dollarına çatıb. 

Məlumatlar göstərir ki, 2026-cı ilin may ayında qeyri-neft ixracının hər iki əsas istiqaməti üzrə müsbət dinamika davam edib. Xüsusilə qeyri-yeyinti məhsullarının ixracı artım tempinə görə yeyinti məhsullarını üstələyib.

Mələksəda Ziyad

Digər Xəbərlər