Livanda ölənlərin sayı 4278-ə yüksəlib
Livanın Səhiyyə Nazirliyi İsrailin atəşkəsə baxmayaraq, həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayının daha 21 nəfər artaraq 4 278-ə çatdığını açıqlayıb.
Ajans.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, İsrailin 2 mart tarixindən bəri Livana endirdiyi zərbələr nəticəsində ümumilikdə 4 278 nəfər həyatını itirib, 12 196 nəfər isə yaralanıb.
Qurumun bir gün əvvəl açıqladığı statistikada ölənlərin sayının 4 257 olduğu bildirilmişdi.
Mövzular: