Reklam resmi
Reklam resmi

Bu sahədə inzibati CƏRİMƏ tədbirləri APARILACAQ

Bu sahədə inzibati CƏRİMƏ tədbirləri APARILACAQ
Cəmiyyət

Heyvanların erkən kəsimi ilə bağlı cərimə tətbiq oluna bilər.

Ajans.az xəbər verir, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.

Heyvanların erkən kəsiminin qarşısının alınması heyvandarlığa təsirlərindən danışan Qoşqar Təhməzli qeyd edib ki, gələcəkdə inzibati cərimə tədbirləri də aparıla bilər:

"Bu, çox vacib məsələdir və biz hesab edirik ki, ən aktual mövzulardan biridir. Belə ki, heyvanların erkən kəsiminə yol verilməməlidir. Mən bir mütəxəssis kimi də bildirirəm ki, heyvanların müəyyən yaş dövrünə çatmadan kəsilməsi nəticəsində əldə olunan məhsul qida baxımından tam dəyərli hesab edilmir. Ona görə də hesab edirik ki, gələcəkdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların yaşına və cinsinə uyğun olaraq bu sahədə müəyyən tənzimləmələrin tətbiqi məqsədəuyğun olar. Təbii ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bilavasitə səlahiyyətlərinə aid deyil. Lakin bildiyiniz kimi, hazırda "Erkən kəsimə son" adlı maarifləndirmə kampaniyası həyata keçiririk. Çünki bu addım Azərbaycanda həm heyvandarlığın, həm də quşçuluğun inkişafına müsbət təsir göstərə bilər. Bir sıra ölkələrdə bu istiqamətdə uğurlu təcrübələr mövcuddur. Həmin ölkələrdə heyvanların yaşına, çəkisinə və cinsinə görə kəsimi müəyyən müddətə məhdudlaşdırılır, eyni zamanda onların ixracına da müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu isə heyvandarlığın və quşçuluğun inkişafına təkan verir. İdentifikasiya prosesi başa çatdıqdan sonra erkən kəsim məsələsini də gündəmə gətirməyi planlaşdırırıq. Bu, gələcəkdə dişi fərdlərin sayının azalmasının qarşısını almağa, eləcə də heyvanların erkən yaşda kəsilməsinin qarşısını almağa imkan verəcək. Nəticədə isə bu sahənin inkişafına mühüm töhfə veriləcək. Gələcəkdə bu məsələ tam formalaşdıqdan sonra inzibati tədbirlərlə bağlı məsələlərə də baxılacaq".

Mövzular:
AQTA Qoşqar Təhməzli müsahibə cərimə heyvan kəsim

Digər Xəbərlər