Bu ölkədə turistləri daşıyan qayıq BATDI: İtkin düşənlər var
Kanadanın Britaniya Kolumbiyası əyalətində turistləri daşıyan əyləncə qayığının batması nəticəsində altı nəfər itkin düşüb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü Riçmond sahillərində baş verib. İlkin məlumata əsasən, qayıqda ümumilikdə 10 nəfər olub.
Qəza zamanı dörd nəfər xilas edilib. Digər altı nəfərin tapılması istiqamətində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Axtarışlara Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri, eləcə də sahil mühafizəsi və digər xilasedici qüvvələr cəlb olunub.
Hazırda qayığın batmasına səbəb olan hadisənin dəqiq səbəbləri araşdırılır. Hadisə ilə bağlı istintaq davam edir.
Mövzular: