Reklam resmi
Reklam resmi

8 vilayəti işıqsız  QALDI - Ukraynaya HÜCUM

8 vilayəti işıqsız  QALDI - Ukraynaya HÜCUM
Dünya

Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.  

Ajans.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.

"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.

Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.

Mövzular:
Ukrayna Xarkov Sumı Xerson Donetsk Zaporojye Odessa elektrik enerjisi

Digər Xəbərlər