Reklam resmi
Reklam resmi

Asiyada olan istilər niyə Avropada fövqəladə vəziyyət yaradır?

Asiyada olan istilər niyə Avropada fövqəladə vəziyyət yaradır?
Dünya

Avropada iyun ayının ikinci yarısında müşahidə olunan rekord istilər insanların sağlamlığına ciddi təsir göstərib. Mütəxəssislər hesab edirlər ki, ekstremal hava şəraiti qitədə minlərlə əlavə ölüm halına səbəb olub.

Ajans.az

xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Associated Press, BBC və digər beynəlxalq mənbələrin məlumatlarına əsasən, iyunun 21-dən etibarən Avropada müşahidə olunan güclü istilər nəticəsində 1300-dən çox insanın həyatını itirdiyi ehtimal edilir.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə iyunun 24-26-sı tarixlərində ölkədə təxminən 1000 əlavə ölüm hadisəsi qeydə alınıb. Hökumət bildirir ki, havaların nisbətən sərinləşməsinə baxmayaraq, istilərin səhiyyə sisteminə təsiri hələ bir müddət davam edəcək və xəstəxanalarda müraciətlərin yüksək səviyyədə qalacağı gözlənilir.

Bir sıra ölkələrdə temperatur rekordları yenilənib

İsti hava dalğası Qərbi və Mərkəzi Avropanın bir çox ölkəsində tarixi temperatur rekordlarının qeydə alınmasına səbəb olub.

Belə ki:

  • Almaniyanın Saarbrücken şəhərində temperatur 41,3°C-yə çataraq ölkə üzrə yeni rekord müəyyən edib;
  • Niderlandın Limburg bölgəsində 39,4°C qeydə alınıb;
  • Belçikada sinoptiklər qeyri-rəsmi olaraq 40°C temperatur ölçüldüyünü bildiriblər;
  • Böyük Britaniya, Fransa və Danimarkada da iyun ayı üzrə tarixi temperatur rekordları yenilənib.

AFP agentliyinin hesablamalarına görə, təkcə bir gün ərzində Avropada ən azı 150 milyon insan 35°C-dən yüksək temperatur şəraitində yaşayıb.

İspaniya və İtaliyada vəziyyət daha ağırdır

İspaniyada iyunun 22-23-də son 70 ildən artıq müddətdə ən yüksək iyun temperaturu qeydə alınıb. Rəsmi statistikaya əsasən, ölkədə istilərlə əlaqəli azı 212 ölüm hadisəsi baş verib.

İtaliya Səhiyyə Nazirliyi isə Milan, Roma, Turin, Venesiya və Florensiya daxil olmaqla 18 şəhərdə ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edib. Bəzi bölgələrdə temperaturun 39°C-yə çatacağı proqnozlaşdırılır.

İctimai həyata ciddi təsir göstərib

Rekord istilər bir sıra ölkələrdə gündəlik həyata da təsir edib. Fransada məktəblərdə dərslər dayandırılıb, açıq hava tədbirləri təxirə salınıb, dəmir yolu nəqliyyatı və elektrik enerjisi istehsalında fasilələr yaranıb.

Böyük Britaniyada isə bəzi məktəblər bağlanıb, əhaliyə zərurət olmadıqca səyahət etməmək tövsiyə olunub. Bukinqem sarayında keçirilən Qvardiyanın Dəyişdirilməsi mərasimi də müvəqqəti dayandırılıb.

Alimlər: İqlim dəyişikliyi əsas səbəbdir

Beynəlxalq World Weather Attribution (WWA) təşkilatının alimləri bildirirlər ki, Avropada müşahidə olunan bu istilər meteoroloji müşahidələr tarixində ən güclü hadisələrdən biridir və onların əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranan qlobal iqlim dəyişikliyidir.

WWA-nın tədqiqatçısı, London İmperial Kollecinin ekstremal hava hadisələri üzrə mütəxəssisi Theodore Keeping bildirib ki, temperaturun artım sürəti narahatedici səviyyəyə çatıb və bu cür istilər gələcəkdə insanların sağlamlığı üçün daha ciddi risklər yaradacaq.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün fosil yanacaqlardan asılılığın azaldılması və təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsi zəruridir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa fövqəladə vəziyyət

Digər Xəbərlər