Reklam resmi
Reklam resmi

İranla ABŞ QALMAQALI- Dünya Kuboku zamanı GƏRGİNLİK

İranla ABŞ QALMAQALI- Dünya Kuboku zamanı GƏRGİNLİK
Dünya, Siyasət
551

2026 Dünya Kuboku zamanı İran nümayəndə heyəti və azarkeşlərinin ABŞ-yə girişində yaranan viza məhdudiyyətləri beynəlxalq müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Ajans.az-a danışan politoloq Taleh Əliyev hesab edir ki, məsələdə hər iki tərəfin əsaslı arqumentləri var. 

Mütəxəssis vurğulayıb ki, beynəlxalq idman yarışlarında təhlükəsizliyin təmin edilməsi vacibdir: 

“Lakin İran nümayəndələrinin ciddi məhdudiyyətlərlə üzləşməsi hazırkı İran–ABŞ münasibətləri fonunda siyasi qərəz təsiri bağışlayır. Digər tərəfdən, ABŞ-nin indiyədək baş vermiş terror hadisələri və mövcud təhlükəsizlik risklərini nəzərə alaraq ehtiyatlı davranması da başadüşüləndir. Xüsusilə son dövrdə İranın dini lideri ətrafına və yüksək rütbəli hərbi-siyasi şəxslərə qarşı həyata keçirilən əməliyyatlardan sonra yaranmış gərginlik fonunda Vaşinqton mümkün riskləri minimuma endirməyə çalışır.” 

T.Əliyev qeyd edib ki, nəzəri baxımdan idmançı və ya nümayəndə heyətinin tərkibində xüsusi hazırlıq keçmiş şəxslərin, eləcə də üçüncü qüvvələrin təxribat törətmək cəhdləri tam istisna edilə bilməz. 

“Bu baxımdan ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərin müəyyən qədər əsaslı tərəfi var. Eyni zamanda İranın bunu özünə qarşı siyasi təzyiq kimi qiymətləndirməsində də haqlı məqamlar mövcuddur. Bu, hazırkı mürəkkəb və gərgin İran–ABŞ münasibətlərinin yaratdığı reallıqdır”.

Mələksəda Ziyad

Mövzular:
Dünya kuboku ABŞ İRAN

Digər Xəbərlər