Azərbaycanın Qazaxıstan ilə ticarəti azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın Qazaxıstan ilə ticarət dövriyyəsi 135,9 milyon dollara çatıb.
Ajans.az xəbər verir ki, məlumata görə, bu, illik müqayisədə 70,9% azdır.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə ixrac 50,7 milyon dollar təşkil edib. Azərbaycanın Qazaxıstandan idxalının dəyəri isə 85,2 milyon dollar olub. (iqtisadiyyat.az)
Mövzular: