Reklam resmi
Reklam resmi

Pulunu banka qoyanlar DİQQƏTLİ OLUN!

Pulunu banka qoyanlar DİQQƏTLİ OLUN!
İqtisadiyyat
477

Bank depozitləri illərdir vətəndaşların ən çox üstünlük verdiyi yığım vasitələrindən biri hesab olunur.

Mövzu ilə bağlı ajans.az-a danışan vəkil  iqtisadi ekspert Əkrəm Həsənov bildirib ki, depozit  səhm mahiyyət etibarilə tamamilə fərqli investisiya alətləridir. 

Onun sözlərinə görə, depozit əslində banka verilən borcdur: 

Vətəndaş banka əmanət yerləşdirəndə faktiki olaraq ona borc verir. Bank həmin vəsaiti daha yüksək faizlə kredit kimi yerləşdirir  qazanc əldə edir. Bu səbəbdən  əmanətçinin əsas hüququ yatırdığı məbləği  hesablanmış faizi geri almaqdır”. 

Ekspert qeyd edib ki, səhm isə bankın fəaliyyətində iştirak  ortaqlıq deməkdir: 

Səhmi alan şəxs artıq həmin bankın sahiblərindən biri sayılır. Onun gəliri bankın mənfəətindən asılıdır. Bank mənfəət əldə edərsə, səhmdar dividend qazana bilər. Əgər mənfəət yoxdursa, dividend  olmayacaq”. 

Ə.Həsənovun sözlərinə görə, depozitlə səhm arasındakı əsas fərq risk səviyyəsidir: 

Əmanətçini maraqlandırmır ki, bank mənfəətlə işləyir, yoxsa yox. O, öz əmanətini  faizini tələb edir. Üstəlik, müəyyən şərtlər daxilində əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bank müflis olsa belə, əmanətçinin vəsaiti geri qaytarılır. Səhmdə isə belə təminat yoxdur. Bank zərərlə işləyərsə  ya fəaliyyətini dayandırarsa, investor yatırdığı vəsaiti itirə bilər. Uğurlu fəaliyyət göstərən bankların səhmləri əmanətdən daha yüksək gəlir gətirə bilər. Əgər bankın fəaliyyəti uğurludursa, səhmdarın qazancı depozit faizlərindən daha çox ola bilər. Lakin risk  yüksəkdir. Səhmdar həm daha çox qazana, həm  vəsaitini itirə bilər”. 

Ə.Həsənov hazırkı şəraitdə depozitlərin daha etibarlı seçim olduğunu düşünür: 

“Bu gün Azərbaycan şəraitində əmanət daha etibarlı alət hesab olunur. Həm sığorta mexanizmi mövcuddur, həm  iqtisadi vəziyyət bank sektoruna təsirsiz ötüşmür. Problemli kreditlərin artması bankların gəlirlərinə təsir göstərə bilər Bu isə gələcəkdə dividend ödənişlərinin həcmini sual altında qoyur. Bank səhmlərinə investisiya qoyarkən şəffaflıq məsələsi  nəzərə alınmalıdır. Azərbaycanda şəffaflıq problemləri var. İnvestor hər zaman bankın real maliyyə vəziyyətini tam görə bilmir. Buna görə  səhm alan şəxs yalnız bazar risklərini deyil, idarəetmə  korporativ idarəçilik risklərini  nəzərə almalıdır”. 

Mütəxəssin fikrincə, bankların dividend siyasəti investorların gəlirlərinə birbaşa təsir göstərir: 

 “İnvestor üçün əsas məsələ bankın əldə etdiyi mənfəətin hansı hissəsinin dividend kimi bölüşdürüləcəyidir. Əgər dividend siyasəti zəifdirsə  ya ödənişlər məhduddursa, səhmlərə maraq da azalır”. 

Beləliklə, ekspertin qənaətinə görə, depozit daha aşağı riskli  sabit gəlirli alət hesab olunsa da, bank səhmləri daha yüksək qazanc potensialı ilə seçilir. Lakin bu qazanc daha yüksək risk hesabına əldə edilir. 

Mələksəda Ziyad

Mövzular:
Bank səhm depozit

Digər Xəbərlər