Hörmüz İrana ildə 40 milyard dollar qazandıra bilər
İran Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş alaraq, hər il təxminən 40 milyard dollar əldə edə bilər.
Ajans.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Söhbət bu su marşrutundan keçən gəmilər üçün təhlükəsizlik, naviqasiya və ekoloji nəzarət xidmətlərinin göstərilməsinə görə mümkün ödənişin tətbiqindən gedir.
Mövzular: