Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyat elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə Zelenski "Facebook" hesabında paylaşım edib.
Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı "Alfa" Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib.
Mövzular: