Tikinti materiallarının istehsalı artıb
Tikinti materiallarının istehsalı sahəsində cari ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 568,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövr ərzində əhəng istehsalı 65,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 38,4 faiz artıb.
Mövzular: