Azərbaycana 5 ayda 26 mindən çox avtomobil idxal olunub
2026-cı ilin yanvar-may aylarında Azərbaycana 26 805 ədəd avtomobil idxal olunub. Bu avtomobillərin ümumi dəyəri isə 542 milyon 269 min 800 ABŞ dolları təşkil edir.
Ajans.az xəbər verir ki, idxal olunan nəqliyyat vasitələrinin ümumi dəyəri 542 milyon 269 min 800 ABŞ dolları təşkil edib. Lakin, cari ilin ilk 5 ayında idxal edilən avtomobillərin sayı ötən illə müqayisədə 15 981 ədəd azdır.
Hesabat dövründə ölkəyə 23 411 ədəd minik avtomobili gətirilib. Bu avtomobillərin ümumi dəyəri 430 milyon 195 min 820 ABŞ dolları olub.
Minik avtomobillərinin 2462 ədədi daxili yanma mühərriki ilə yanaşı elektrik mühərrikinə malik, xaricdən enerji ilə doldurulmayan hibridlər olub. Xaricdən enerji ilə doldurulan (plug-in hibrid) avtomobillərin sayı isə 6 318 ədəd təşkil edib.
Bu dövrdə Azərbaycana 468 ədəd tam elektrik mühərrikli avtomobil idxal olunub. Onların ümumi dəyəri 12 milyon 353 min 90 ABŞ dolları olub.
Bundan başqa, ölkəyə 2 794 ədəd yük avtomobili və 267 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib.
Mələksəda Ziyad