Reklam resmi
Reklam resmi

İrəvanın keçmiş meri HƏBS EDİLDİ

İrəvanın keçmiş meri HƏBS EDİLDİ
Dünya

İrəvanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat və kommunikasiya naziri Qaqik Beqlaryan həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Beqlaryan seçki zamanı rüşvət vermək və ya almaqda şübhəli bilinərək saxlanılıb. Hazırda onun barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Qaqik Beqlaryan müxtəlif illərdə İrəvanın meri, həmçinin Ermənistanın nəqliyyat və kommunikasiya naziri vəzifələrində çalışıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İrəvan Ermənistan Qaqik Beqlaryan

Digər Xəbərlər