Reklam resmi
Reklam resmi

Azərbaycan Türkiyə ilə müzakirələr edib

Azərbaycan Türkiyə ilə müzakirələr edib
İqtisadiyyat

Azərbaycan və Türkiyə arasında maliyyə sektorunda innovativ həllərin geniş tətbiqi müzakirə edilib.

Ajans.az xəbər verir ki, məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov Türkiyənin Xidmət İxracatçıları Birliyi, eləcə də maliyyə texnologiyaları, bankçılıq, sığorta və ödəniş sistemləri sahələrində fəaliyyət göstərən şirkətlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə maliyyə sektorunda innovativ həllərin, qabaqcıl texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqinin genişləndirilməsi, ödəniş sistemləri və data idarə edilməsi sahələrinin təkmilləşdirilməsi imkanları müzakirə olunub, sektorun inkişaf prioritetləri və rəqəmsal transformasiya gündəliyində yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, maliyyə texnologiyaları sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Mövzular:
azərbaycan türkiyə maliyyə

Digər Xəbərlər