Seçicilərə rüşvət verən şəxslər HƏBS EDİLDİ - bu ölkədə
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Rusiyada fəaliyyət göstərən sahibkar Samvel Karapetyanın sədrlik etdiyi "Güclü Ermənistan" partiyasının xeyrinə səs toplamaq məqsədilə vətəndaşlara rüşvət verən bir neçə nəfərin saxlanıldığını elan edib.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Komitənin rəsmi açıqlamasında qeyd olunur ki, S.Karapetyan tərəfindən yaradılmış "Bizim Yolumuza Görə" ictimai təşkilatının ofis rəhbərinin səsvermə qarşılığında seçicilərə rüşvət təklif etdiyini təsdiqləyən real dəlillər aşkar edilib.
Mövzular: