Reklam resmi
Reklam resmi

Azərbaycanda banklara yeni TƏLƏB

Azərbaycanda banklara yeni TƏLƏB
İqtisadiyyat
347

Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında stres-testlər aparılacaq.

Ajans.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Yeni qaydaya görə, bank onun risk profilinə mənfi təsir edə biləcək hadisələrin müəyyən edilməsi və qiymətləndirilməsi üçün stres-testlər aparacaq və nəticələri əsasında tədbirlər planı hazırlayacaq.

Stres-testlər risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə(lər) tərəfindən bankın digər aidiyyəti struktur bölmələri ilə birgə hazırlanacaq, İdarə Heyəti ilə razılaşdırdıqdan sonra Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi tərəfindən təsdiq ediləcək.

Stres-testlərin aparılma tezliyi bank tərəfindən stres-testin növündən, bank fəaliyyətindən irəli gələn risklərin miqyasından, xüsusiyyətindən, bankın fəaliyyət göstərdiyi bazardakı və makroiqtisadi şəraitdəki dəyişikliklərdən asılı olaraq müəyyən ediləcək.

Stres-testin nəticələri bankın strateji planının, habelə bankın risk iştahasının, siyasətinin, limitlərinin və daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində nəzərə alınacaq.

Stres-test modellərinin validasiyası və adekvatlığının yenidən qiymətləndirilməsi bankın stres-testlərinin tərtibi və aparılmasına məsuliyyət daşımayan müvafiq struktur bölmələrinin əməkdaşları və (və ya) bu prosesə cəlb olunmayan kənar ekspertlər tərəfindən aparılacaq.

Bankın stres-test proqramının tərtibi və tətbiqinə məsul əməkdaşları stres-test modelinin qiymətləndirilməsi (bankdaxili və ya Mərkəzi Bank tərəfindən) zamanı müvafiq suallara cavab verməyə hazırlıqlı olmalıdırlar.

Qeyd edək ki, stres-test dedikdə bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti nəzərdə tutulur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Mərkəzi Bank

Digər Xəbərlər