Reklam resmi
Reklam resmi

 “Kristal” beynəlxalq döşəmə istehsalçısı HARO ilə əməkdaşlığa başladı!

 “Kristal” beynəlxalq döşəmə istehsalçısı HARO ilə əməkdaşlığa başladı!
Cəmiyyət

Kristal” və "HARO" şirkəti arasında memorandum imzalanıb.

Ajans.az-ın məlumatına görə, tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Kristal ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş çərçivəsində tərəflər arasında Kristalın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda “təmiri davam edən” mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları Kristalın “City Garden Narimanov”, “Park Yasamal”“Highland Residence” layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.

Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.

Şirkət haqqında

"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat  istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.

İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və Kristalın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.

https://www.youtube.com/watch?v=BZ8ph8EE7aY

Mövzular:
Kristal mənzillər sakinlər

Digər Xəbərlər