Böyük təhlükə yaradan ev: "Hamısına demişik, maraqlanmırlar!" - VİDEO
Səbail rayonunda yaşayan sakinlərdən biri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, ərazidə baş verən sürüşmə hadisəsindən sonra ona məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, indiyədək müraciətinə baxılmayıb.
enodd" clip-rule="evenodd" d="M25.7605 19.7279C26.8443 19.1479 28.1595 19.2114 29.1823 19.8933L49.1823 33.2267C50.1097 33.8449 50.6667 34.8857 50.6667 36.0002C50.6667 37.1147 50.1097 38.1555 49.1823 38.7737L29.1823 52.107C28.1595 52.7889 26.8443 52.8525 25.7605 52.2724C24.6766 51.6924 24 50.5628 24 49.3335V22.6668C24 21.4375 24.6766 20.308 25.7605 19.7279ZM30.6667 28.8952V43.1051L41.3241 36.0002L30.6667 28.8952Z" fill="#1894A0">Ev sahibi qeyd edib ki, ərazidə ilk sürüşmə 2000-ci ildə baş verib: "Hazırda isə ev günü-gündən sürüşür. Divarlar daşla hörülüb, alt hissədən isə kanalizasiya suyu keçir. Günbəgün çatlar əmələ gəlir. Aidiyyəti qurumlara məlumat versək də, heç kim maraqlanmır".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı Regional Mərkəzinin əməkdaşları vətəndaşın müraciəti əsasında qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçiriblər. Baxış zamanı evin əsas yükdaşıyan divarlarında müxtəlifölçülü çatların yarandığı müşahidə olunub. Bunun da orada yaşayan sakinlər və tikilinin dayanıqlığı üçün təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunub ki, baxışın nəticələri ilə bağlı aidiyyəti üzrə yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlanıb.(oxu.az)