Dollarla bağlı kritik durum: Vəziyyət dəyişir – Tarix verildi
ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbələri qlobal maliyyə bazarlarında gərginliyi artırıb. Bildirilir ki, belə vəziyyətlərdə investorlar riskli aktivlərdən uzaqlaşıb dollara yönəlir. Bu isə valyutanın möhkəmlənəcəyi ehtimalını artırır.
Ajans.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində ABŞ administrasiyasının əsas məqsədlərindən biri dolların ucuzlaşdırılmasıdır:
“Çünki dollar indeksinin aşağı düşməsi ABŞ məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır və ixrac həcmini yüksəldir. Bu müharibənin dollar indeksinə, birjalara və digər maliyyə göstəricilərinə müəyyən təsiri olsa da, əsas məsələ onun davamlılığıdır. Əgər münaqişə qısa müddətdə başa çatsa, dolların məzənnəsinə təsir edən əsas faktorlar yenidən makroiqtisadi göstəricilər olacaq.
Mövzular: