Qatar minik avtomobili ilə TOQQUŞDU - xəsarət alan var.
Qazaxda minik avtomobili qatar yoluna çıxıb, xəsarət alan var
Ajans.az xəbər verir ki,bu barədə məlumat Azərbaycan Dəmir Yolları (ADY) QSC tərəfindən verilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub.
ADY hərəkət iştirakçılarına bir daha çağırış edərək onları kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır.
Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Qazax rayon Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü sürücü Əşrəf Şirinov xəsarət alıb.
Mövzular: