İsveçrə bu sahələrdə Rusiya ilə ticarət əlaqələrini qadağan etdi
İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi.
Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə İşveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında məlumat verilib.
Bu məlumata görə, qadağa Moskvanın Vnukovo və Jukovski hava limanları, həmçinin Perm və Pskov da daxil olmaqla dörd regional hava limanı ilə əməliyyatlara tətbiq edilir. Həştərxan, Mahaçqala, Novorossiysk, Primorsk və Ust-Luqa dəniz limanları da sanksiyalara məruz qalıb.
Mövzular: