"Arsenal"ın ulduzu "Beşiktaş"a transfer oldu
Türkiyənin "Beşiktaş" klubu belçikalı cinah oyunçusu Leandro Trossardın transferini rəsmən elan edib.
Ajans.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
London "Arsenal"ından ayrılan 31 yaşlı futbolçu bundan sonra karyerasını Türkiyədə davam etdirəcək. Oyunçu ilə 3 illik müqavilə imzalanıb və sözləşmənin daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub.
Mövzular: