AQTA-da kadr dəyişikliyi: Müavin işdən ÇIXARILDI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyinatla bağlı Sərəncam imzalayıb.
Ajans.az xəbər verir ki, sərəncama əsasən, Balarəhim Quliyev vəzifəsindən azad edilib və onun yerinə Əli Tahir oğlu Nəbiyev AQTA-nın sədr müavini təyin edilib.
Əli Nəbiyev bu təyinata qədər agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun publik hüquqi şəxs kimi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, keçmiş müavin Balarəhim Mirzəağa oğlu Quliyev 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsində çalışıb.
Mövzular: