Ağır QƏZA: 22 nəfər xəsarət aldı - bu ölkədə
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus, təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Ajans.az xəbər verir ki, hadisə zamanı aralarında qadınların da olduğu 22 nəfər xəsarət alıb.
Qəza Suruç rayonunun Yuxarıbostançı məhəlləsində baş verib. Müslüm Özbərkin (44) idarə etdiyi mikroavtobus qəfil təkəri partladığı üçün yoldan çıxıb.
Mövzular: