Reklam resmi
Reklam resmi

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar 

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar 
Hadisə

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə götürülüblər.

Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Qeyd olunur ki, saxlanılan şəxslər hüquqi əsas olmadan Gürcüstanda yaşayıblar.

Mövzular:
Azərbaycan Gürcüstan

Digər Xəbərlər