Rusiya Ukraynanın itkilərini YENİLƏDİ
Rusiya müharibənin 1587-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 171 165 PUA-sı, 664 zenit-raket kompleksi, 29 956 tank və digər zirehli texnikası, 1 749 reaktiv yaylım atəş sistemi, 35 557 artilleriya və minaatanı, 65 166 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mövzular: