Reklam resmi
Reklam resmi

Rusiyadan Finlandiyaya SƏRT MESAJ: Nüvə silahları...

Rusiyadan Finlandiyaya SƏRT MESAJ: Nüvə silahları...
Dünya

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyada nüvə silahlarının yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qərarın Moskvanın cavabsız qalmayacağını bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü Mariya Zaxarovanın açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya bu addıma cavab olaraq hərbi-texniki və siyasi tədbirlər həyata keçirəcək.

"Bu cür tədbirlərin vaxtında və effektiv şəkildə görüləcəyinə heç kimin şübhəsi olmasın. Finlandiya cəmiyyəti düşünməlidir ki, ölkə rəhbərliyinin bu qərarı həqiqətən də onların təhlükəsizliyini artırırmı", – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Finlandiyanın bu qərarı Rusiyanın milli təhlükəsizliyi üçün real təhdid yaradır və Moskva bunu əsassız addım hesab edir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Finlandiyanın ərazisində nüvə silahlarının yerləşdirilməsinə imkan verən qərarla bağlı səsləndirilib. Moskva bildirib ki, yaranmış vəziyyəti nəzərə alaraq müvafiq cavab addımları atılacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Finlandiya nüvə silahları

Digər Xəbərlər